[27.11.2009]
Mərkəzi Seçki Komissiyasının (MSK) Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (IFES) məntəqə seçki komissiyalarının üzvləri üçün birgə hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası çap olunmuşdur.
Yaddaş kitabçasının girişində MSK-nın sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yerləşdirilmişdir. Müraciətdə məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələri xatırladılır.
“Seçki günü üçün yaddaş” kitabçasında məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunmuşdur.
Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[26.11.2009]
Noyabrın 26 –da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən 4-nün təmin olunması barədə qərar qəbul olunmuş, 4-nin isə əsassız hesab edilərək təmin olunmaması barədə qərar çıxarılmışdır. Digər müraciətlərin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT- in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[24.11.2009]
Noyabrın 24 –də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə təcrübəsinin tətbiq edilməsinə dair məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, bələdiyyə seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameralardan istifadə olunması təcrübəsi tətbiq edilərək Azərbaycan Respublikasının ərazisində 500 seçki məntəqəsində veb-kameralar quraşdırılsın.
Sonra bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən ikisi əsassız hesab olunaraq təmin edilməmiş, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar çıxarılmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[24.11.2009] "Aqo" monitorinq qrupu nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olmuşdur
Noyabrın 24-də ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun nümayəndə heyəti MSK-nın sədri Məzahir Pənahovla görüşmüşdür.
"Aqo" monitorinq qrupunun rəhbəri Stelian Stoyan Mərkəzi Seçki Komissiyasının sədrinə səmimi qəbula görə təşəkkürünü bildirmiş və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı komissiyanın gördüyü işlər, atacağı addımlarla maraqlanmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri bələdiyyə seçkilərində mühüm bir mərhələ olan namizədlərin qeydə alınması prosesinin artıq başa çatdığını və 32 minə yaxın namizədin qeydə alındığını vurğulayaraq qeyd etmişdir ki, bu seçkilərdə 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınmışdır. Ümumilkdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər. Noyabrın 25-dən bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilir ki, həmin subyektlərin təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılmışdır. Mərkəzi Seçki Komissiyası ənənəvi olaraq genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir ki, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş kurslar, Prezident Administrasiyası və MSK-nın ATƏT-in Bakı ofisi ilə birgə keçirdiyi yerli icra hakimiyyəti başçıları və DSK sədrləri üçün məlumatt sessiyası da bu qəbildəndir. Hazırda məntəqə seçki komissiyalarının üzvlərinə treninq keçəcək DSK trenerləri üçün MSK-nın treninq qrupu tərəfindən məşğələlər keçirilir. Dekabrın əvvəlindən isə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılacaq. M. Pənahov seçicilərin maarifləndirilməsi ilə bağlı həyata keçirilən və gerçəkləşdiriləcək layihələr barədə də məlumat verərək bildirmişdir ki, seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımlar bundan sonra da atılacaq və seçkidə iştirak edən vətəndaşların seçki hüquqların tam təmin olunacaq.
Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[21.11.2009]
Noyabrın 21 –də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən birinin yenidən baxılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilmişdir. Digər müraciətlərin isə araşdırma müddətinin uzadılması barədə qərar çıxarılmışdır.
Komissiyanın sədri bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasına dair son vəziyyət barədə məlumat verərək bildirmişdir ki, noyabrın 21-nə olan məlumata görə, 31 774 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlikəri qeydə alınan şəxslərdən 11 368 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiyanın irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[20.11.2009]
Noyabrın 20 –də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə MSK 11 saylı Qaradağ və 59 saylı Salyan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişklilər edilmişdir.
Sonra 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən birinin yenidən baxılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər isə əsassız olduğundan təmin edilməmişdir.
Komissiyanın sədri bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasına dair son vəziyyət barədə məlumat verərək bildirmişdir ki, noyabrın 20-ə olan məlumata görə, 31 612 nəfərin namizədliyi qeydə alınmışdır. Ölkə üzrə müşahidə aparmaq üçün 300-dən çox vətəndaş Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdir. Dairə seçki komissiyaları tərəfindən isə 1600-ə yaxın müşahidəçi qeydə alınmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[16.11.2009]
Noyabrın 16 -da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 9 noyabr 2009-cu il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Kommunist Partiyasının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.
İclasda 11 saylı Qaradağ, 31 saylı Suraxanı ikinci və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
Komissiyanın iclasında 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılmış və əsassız olduğundan müraciətlərin təmin olunmaması barədə qərar qəbul edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Beynəlxalq Respublikaçılar İnstitutunun, Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
[09.11.2009]
Noyabrın 9 -da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 3 noyabr 2009-cu il tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin olunmuş məşvərətçi səs hüquqlu üzvun təsdiqi barədə qərar qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Demokratik Azərbaycan Dünyası, Müasir Müsavat və Müsavat partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə də qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarına dair məsələyə baxmışdır. MSK qərara almışdır ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri, onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar yaxud siyasi partiyaların blokları tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin. Eyni zamanda qərara alınmışdır ki, respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4 729 681 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[03.11.2009]
Noyabrın 3 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 27 oktyabr 2009-cu il tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat və Liberal – Demokrat partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.
İclasda 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 28 saylı Sabunçi üçüncü, 29 saylı Səbail, 112 saylı Qax və 117 saylı Oğuz – Qəbələ dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Böyük Britaniya səfirliklərinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti